Kvant kompüterləri sahəsində yeni mərhələyə keçid hazırlanır.
News365.az xəbər verir ki, IBM yeni nəsil Nighthawk r3 kvant prosessorunu təqdim etməyə hazırlaşır. Şirkətin məlumatına görə, prosessor 520 kubit üzərində 10 min kvant əməliyyatını yerinə yetirmək üçün nəzərdə tutulub.
IBM 2027-ci ildə iki belə prosessoru birləşdirərək 1040 kubitlik sistem yaratmağı planlaşdırır. Bu texnologiya daha mürəkkəb elmi və sənaye hesablamalarının aparılmasına şərait yarada bilər.