Azərbaycanda gənc aktrisa vəfat edib

Azərbaycanda gənc aktrisa vəfat edib
17:10

ƏSA inklüziv teatrının aktrisası Leyla Musayeva vəfat edib.

News365.az xəbər verir ki, bu barədə teatrın rəsmi "Facebook" səhifəsində məlumat verilib.

Bildirilib ki, aktrisa uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib:

"Leylanın həyat uğrunda mübarizəsi, teatra olan sevgisi və səhnəyə bağlılığı kollektiv üçün xüsusi əhəmiyyət daşıyıb. Leylanın əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq", - deyə paylaşımda qeyd olunub.

Leyla Musayeva 2025-ci ilin sentyabr ayında ƏSA teatrının kollektivinə qoşulub və teatrın "Aktyor laboratoriyası"nın iştirakçısı olub. Fəaliyyəti dövründə o, "Axtarış", "Hamlet" və "Paris Notr-Dam" tamaşalarında rol alıb.


Sizin reklam burada
Sizin reklam burada