Dünyaca məşhur portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldo meydandan kənardakı investisiyalarını genişləndirməyə davam edir.
News365.az xəbər verir ki, Portuqaliya millisində yaşanan mübahisələr və Ronaldonun komandadan ayrılacağını açıqlamasından sonra ulduz futbolçu üçün yeni layihələrin dövrü başlayıb.
Televiziya dünyasına ilk addımını atan Ronaldo sosial şəbəkə hesabında "Day 1s" adlı ilk teleserialının istehsalına rəsmi olaraq başlandığını elan edib.
Ronaldo birlikdə "UR Marv Studios" şirkətini təsis etdiyi ingilis rejissor və prodüser Metyu Von ilə futbol dramı janrında teleserial hazırlamaq üçün əməkdaşlığa başlayıb.
Ronaldonun serialın bəzi bölümlərində qısa müddətə ekrana çıxacağı və öz obrazını canlandıracağı gözlənilir.