Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb

Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:20

Salyan rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə axşam saatlarında Salyan–Şirvan avtomobil yolunun rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini, 1937-ci il təvəllüdlü Allahverən Alış oğlu Əliyev yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada