Mobil telefonu olmayanlar terminallarda necə ödəniş edəcəklər?

Mobil telefonu olmayanlar terminallarda necə ödəniş edəcəklər?
16:36

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur.

Qaydaya əsasən, 500 manatdan artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərini müvafiq rəqəmsal platformalar vasitəsilə təsdiqləməlidirlər.

"Milliön" terminallarında təsdiq prosesi "Bir ID", SİMA tətbiqi və ya "MyGov" vasitəsilə həyata keçirilir. "Bir ID" ilə təsdiq prosesi "Birbank" tətbiqi üzərindən edilə bilər.


Sizin reklam burada
Sizin reklam burada