İsmayıllı-Lahıc yolunda uçqun olub: Hərəkət dayanıb

İsmayıllı-Lahıc yolunda uçqun olub: Hərəkət dayanıb
22:20

İsmayıllı-Lahıc avtomobil yolunda qaya uçqunu baş verib.

News365.az xəbər verir ki, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçaları qoparaq magistrala tökülüb. Nəticədə hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Yolun qaya parçaları və daşlardan təmizlənməsi üçün əraziyə səhər saatlarında ağır texnika cəlb olunub.

Hazırda yolun yenidən istifadəyə verilməsi məqsədilə təmizləmə və bərpa işləri aparılır.


Sizin reklam burada
Sizin reklam burada