Şəhid ailəsinə verilən Prezident təqaüdü dayandırıldı - Məhkəmə qərarı ləğv etdi

Şəhid ailəsinə verilən Prezident təqaüdü dayandırıldı - Məhkəmə qərarı ləğv etdi
15:30

Birinci Qarabağ müharibəsi şəhidinin həyat yoldaşı Təranə Musayevaya (ad və soyad şərtidir – red.) təyin edilmiş Prezident təqaüdünün dayandırılması ilə bağlı qərar məhkəmə tərəfindən ləğv edilib.

News365.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun vəkili Fərid Qasımov məlumat verib.

Vəkilin sözlərinə görə, həyat yoldaşı 1991-ci ildə şəhid olan Təranə Musayevaya Prezident təqaüdü təyin edilsə də, 2025-ci ildə həmin təqaüdün ödənişi əsassız olaraq dayandırılıb.

Bundan sonra hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət olunub.

Fərid Qasımov bildirib ki, uzun müddət davam edən məhkəmə prosesinin yekununda Şəki İnzibati Məhkəməsi iddianı təmin edib. Məhkəmə şəhid ailəsinə təyin olunmuş Prezident təqaüdünün dayandırılması barədə qərarı əsassız hesab edərək ləğv edib və ödənişlərin bərpasına qərar verib.


Sizin reklam burada
Sizin reklam burada