Moldova hava məkanını bağladı

Moldova hava məkanını bağladı
20:40

Kişinyov istiqamətində hərəkət edən "Şahid" tipli pilotsuz uçuş aparatının (PUA) aşkar edilməsindən sonra Moldova təhlükəsizlik məqsədilə öz hava məkanını tamamilə bağlayıb.

News365.az xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.

Daxil olan məlumata görə, PUA cənubdan Kişinyov bələdiyyəsinin Botanika sektoru istiqamətində hərəkət edirdi. Bununla əlaqədar olaraq yerli vaxtla saat 16:27-də ölkənin bütün hava məkanından istifadənin məhdudlaşdırılması barədə qərar qəbul edilib.


Sizin reklam burada
Sizin reklam burada