Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq
17:01

Əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) pul kompensasiyası ilə əvəz edilməsi qadağan olunur.

News365.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Təklifə əsasən, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan hallar (əmək müqaviləsinə xitam verildikdə kompensasiyanın ödənilməsi) istisna olmaqla, 114-cü maddənin 2-ci hissəsi ilə müəyyən edilmiş minimum 21 təqvim günlük əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinə yol verilməyəcək.

Layihədə, həmçinin əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi qaydalarına aydınlıq gətirilir, bunun mümkün olduğu hallar daha dəqiq müəyyənləşdirilir.

Bununla yanaşı, müvafiq hüquqi normaların digər sahəvi qanunvericilik aktlarına uyğunlaşdırılması nəzərdə tutulur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Sizin reklam burada
Sizin reklam burada