Şəkidə polis gücləndirilmiş rejimdə işləyir- FOTOLAR

Şəkidə polis gücləndirilmiş rejimdə işləyir- FOTOLAR
14:31

Mövcud hava şəraiti ilə əlaqədar bölgələrdə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət davam etdirilir.     

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan News365.az-a verilən məlumata görə, xüsusilə qarın daha çox yağdığı dağlıq və dağətəyi rayonlarda, magistral yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülür.

Həmçinin piyadaların rahat və təhlükəsiz şəraitdə mənzil başına çatmaları üçün lazımi köməklik göstərilir.


Sizin reklam burada
Sizin reklam burada