Elgiz Qəhrəman həbs edildi

Elgiz Qəhrəman həbs edildi
19:32

“Məclis.info” saytının rəhbəri İmran Əliyev və onunla birlikdə ittiham olunan ictimai fəallar Elgiz Qəhrəman və Tamella Musayevanın məhkəmə istintaqı başa çatıb.

News365.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda təqsirləndirilən şəxslər barəsində hökm elan olunub.

Hökmə əsasən, İmran Əliyev 10 il, Elgiz Qəhrəman isə 9 il müddətinə azadlıqdan məhrum edilib. İndiyədək azadlıqda olan Elgiz Qəhrəman məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 8 maddəsi üzrə ittiham olunublar. Bunlar 192.2.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədilmə), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (bu əməlin xeyli miqdarda törədilməsi), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən mütəşəkkil dəstə tərəfindən yayınma), 320.1 (sənədlərin saxtalaşdırılması) və 320.2-ci (saxta sənədlərdən istifadə etmə) maddələridir.


Sizin reklam burada
Sizin reklam burada