Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək
12:47

Noyabrın 10-da Almaniyada vəfat edən 83 yaşlı Əməkdar artist, bəstəkar Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək.  

Bu barədə News365.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin Media, kommunikasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı məlumat verib. 

O bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu və Almaniya Azərbaycanlıları Alyansı mərhumun nəşinin Azərbaycana gətirilməsi ilə bağlı zəruri işləri həyata keçirir.

Qeyd edək ki, Arif Mirzəyev uzunsürən xəstəlikdən vəfat edib. O, “Yanvar passion”, “Xocalı uşaqları üçün Layla”, “İ.S.Baxın xatirəsinə orqan simfoniyası” əsərlərinin müəllifidir. 2024-cü ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.


Sizin reklam burada
Sizin reklam burada