Şəkidə 150 yaşlı ağacları kəsən qrup yaxalandı

Şəkidə 150 yaşlı ağacları kəsən qrup yaxalandı
13:00

DİN Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə əməliyyat keçirib.

News365.az xəbər verir ki, Şəki rayonunun Kiş kəndi ərazisində qiymətli ağac növlərinin qanunsuz kəsilməsinə görə şübhəli bilinən rayon sakinləri Hümmət Feyzullayev, Nüyvər Babayev, Sərxan Hümmətov, Taleh Abdullayev, Rüstəm Məhərrəmov və Qəmlo Nəsirli müəyyən edilərək saxlanılıblar.

Əraziyə baxış zamanı saxlanılan şəxslər tərəfindən kəsilən 100-dən artıq fıstıq ağacının kökləri aşkarlanıb. Ekspertlərin rəyinə əsasən, qanunsuz olaraq kəsilən ağacların bəzilərinin 100-150 yaşında olduğu müəyyən edilib.


Sizin reklam burada
Sizin reklam burada