Avropa İttifaqı noyabrın 16-sı Rusiyaya qarşı əlavə sanksiyalar qəbul edəcək.
News365.az xəbər verir ki, bunu Fransanın Avropa Məsələləri üzrə naziri Benjamin Həddad “LCI” televiziya kanalına bildirib.
Onun sözlərinə görə, Rusiya ilə bağlı 150 müəssisə və 50 banka sanksiyalar tətbiq ediləcək.
“Biz Rusiyaya iqtisadi təzyiq göstərməyə və Ukraynanı dəstəkləməyə davam edəcəyik”, - nazir qeyd edib.