Aşağı Güzdəkdə yol problemi: Sakinlər çıxış yolu axtarır

Aşağı Güzdəkdə yol problemi: Sakinlər çıxış yolu axtarır
12:58

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yol hərəkətinin təşkili sakinlərin narazılığına səbəb olub.

News365.az xəbər verir ki, sakinlərin sözlərinə görə, yoldakı bütöv xətt səbəbindən sürücülər evlərinə dönmək üçün sola manevr edə bilmirlər. Qaydanı pozanlar isə 100 manat cərimə və 3 cərimə balı ilə üzləşirlər.

Nəticədə sürücülər təxminən bir kilometr əlavə yol gedərək yanacaqdoldurma məntəqəsinin yaxınlığından geriyə dönməli olurlar.

Sakinlər piyada keçidinin olmaması, zəif işıqlandırma və yük avtomobillərinin yüksək sürətlə hərəkət etməsindən də narahatdırlar. Onların sözlərinə görə, bu vəziyyət xüsusilə məktəblilər üçün təhlükə yaradır.

Vətəndaşlar yol nişanlanmasının yenidən nəzərdən keçirilməsini, piyada keçidinin çəkilməsini və sürət həddinin azaldılmasını istəyirlər.


Sizin reklam burada
Sizin reklam burada