Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunu ziyarət edib

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunu ziyarət edib
20:10

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-də Azərbaycan pavilyonunda olub.

News365.az xəbər verir ki, pavilyonla tanışlıq zamanı Leyla Əliyevaya burada nümayiş etdirilən stendlər və təqdim olunan layihələr barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Azərbaycan pavilyonunda ölkənin şəhərləri, təbiəti, iqlimi, təhsil və səhiyyə sistemləri, turizm imkanları və nəqliyyat infrastrukturu müasir texnoloji vasitələrlə təqdim olunur.

Bununla yanaşı, pavilyonu ziyarət edən qonaqlara Azərbaycanın milli mətbəx nümunələrini dadmaq imkanı yaradılıb. Pavilyon ölkəmizin zəngin mədəniyyətinin, təbii sərvətlərinin və müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərin beynəlxalq ictimaiyyətə tanıdılmasına xidmət edir.


Sizin reklam burada
Sizin reklam burada