Azərbaycan Avropanın siyasi gündəmində ön plana çıxır

Azərbaycan Avropanın siyasi gündəmində ön plana çıxır
10:40

Azərbaycanın Avropa ilə siyasi və diplomatik əlaqələri yeni mərhələyə qədəm qoyur. Ölkənin enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional sabitlik məsələlərində artan rolu Avropa dövlətləri ilə əməkdaşlıqda da özünü göstərir.

News365.az xəbər verir ki, politoloq Ülviyyə Zülfüqar bu barədə sosial şəbəkə hesabında paylaşım edib.


O bildirib ki, Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı Azərbaycanın Avropa liderləri ilə əməkdaşlığında növbəti mühüm mərhələdir. Onun sözlərinə görə, Avropa liderlərinin Prezident İlham Əliyevin mövqeyinə artan marağı Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsini və müstəqil xarici siyasətinin nəticələrini əks etdirir.

Politoloq 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə toplantısının Bakıda keçirilməsi barədə qərarın xüsusi siyasi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, bu qərar Azərbaycanın diplomatik rolunun və müxtəlif siyasi aktorlar arasında dialoq qurmaq imkanlarının beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir.

Ülviyyə Zülfüqarın fikrincə, Praqadan Dublinə, Dublindən Bakıya uzanan diplomatik proseslər Azərbaycanın beynəlxalq dialoqda iştirak etməklə yanaşı, onun formalaşmasına da töhfə verən dövlət kimi mövqeyini möhkəmləndirir.


Sizin reklam burada
Sizin reklam burada