Kəmaləddin Heydərov Polşa səfirliyində olub

Kəmaləddin Heydərov Polşa səfirliyində olub
19:00

Fövqəladə hallar naziri, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Kəmaləddin Heydərov noyabrın 11-də Polşanın Bakıdakı Səfirliyində olub.

FHN-dən News365.az-a verilən məlumata görə, nazir Polşa səfiri Pavel Radomski ilə görüşərək Krakov şəhərində baş vermiş faciə ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Hökuməti adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzuladığını bildirib.

Həlak olanların xatirəsinə ehtiramını bildirən nazir Kəmaləddin Heydərov, Səfirlikdə açılmış matəm kitabına başsağlığı sözləri yazıb.


Sizin reklam burada
Sizin reklam burada