Sumqayıtda 25 yaşlı qadın ölüb.
News365.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynəlabdin qəsəbəsində baş verib. Yaşadığı evdə qəsəbə sakini, 2001-ci il təvəllüdlü Fəxriyyə Zaur qızı Məmmədovanın halı qəfil pisləşib. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda ölüb.