İsraildə məcburi hərbi xidmətə etiraz məqsədilə aksiya keçirilib

İsraildə məcburi hərbi xidmətə etiraz məqsədilə aksiya keçirilib
26 Fev 2025 13:25

İsraildə orduya qatılmaq əmri alan ultra-pravoslav yəhudilər məcburi hərbi xidmətə etiraz etmək üçün Qərbi Qüdsdə toplaşıblar.

News365.az bu barədə İsrail mediasına istinadla xəbər verir.

Məlumata görə, etirazçılar "Orduya qatılmaqdansa, ölməyi üstün tuturuq" və "Orduya qatılmaqdansa, həbsə getməyi üstün tuturuq" kimi şüarlar səsləndiriblər. 

Aksiya təşkilatçıları Yaffa küçəsindəki hərbi xidmətə çağırış məntəqəsinin yaxınlığında yolları bağlayıb, maşınların və metro stansiyalarının qarşısında oturublar.


Sizin reklam burada
Sizin reklam burada