Abşeron rayonunun Masazır qəsəbəsində daşınmaz əmlak elanları platformalarında yeni mənzil satışları intensivləşib.
News365.az xəbər verir ki, təqdim olunan son elanlara əsasən, qəsəbə ərazisində həm kiçikölçülü büdcəyə uyğun evlər, həm də geniş sahəyə malik 3–5 otaqlı mənzillər alıcılara təqdim edilir. Mənzillərin qiymətləri sahəsindən, yerləşdiyi mərtəbədən və təmir səviyyəsindən asılı olaraq geniş aralıqda dəyişir.
Elanlarda 2 otaqlı mənzillərin qiyməti 62 000 manatdan (40 m²) başlayaraq 85 500 manatadək (57 m²) təklif olunur. Daha geniş sahəli 3 otaqlı mənzillər 79 000 – 95 000 manat civarında alıcılara təqdim edildiyi halda, 100 kvadratmetrlik 5 otaqlı mənzil isə 67 000 manat dəyərində satışa çıxarılıb.
Əmlak mütəxəssisləri Masazır ərazisində xüsusilə 2 v3 3 otaqlı mənzillərə tələbatın yüksək olduğunu və təklif olunan qiymət aralığının müxtəlif büdcəyə sahib alıcılar üçün əlverişli seçim imkanları yaratdığını bildirirlər.