Azərbaycan və Türkiyə bayraqları kosmik sərgidə yanaşı nümayiş etdirildi

Azərbaycan və Türkiyə bayraqları kosmik sərgidə yanaşı nümayiş etdirildi
12:16

Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Astronavtika Konqresi çərçivəsində təşkil olunan sərgidə Azərbaycan bayrağı diqqət çəkib.

News365.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşdığı görüntülərlə açıqlayıb.

Deputatın sözlərinə görə, müxtəlif aparıcı və inkişaf etməkdə olan ölkələrin nümayəndələrinin iştirak etdiyi sərgidə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) stendində Türkiyə Kosmik Agentliyinə məxsus kosmonavt formasında Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağı da nümayiş etdirilib.

Qeyd olunub ki, 108 ölkədən nümayəndələrin qatıldığı beynəlxalq sərgidə Azərbaycanın kosmik agentliyi – “Azərkosmos” da xüsusi stendlə təmsil olunur.

Sərgidə kosmik sənayedə əldə olunan yeniliklər, müasir texnologiyalar və müxtəlif ölkələrin bu sahədə həyata keçirdiyi layihələr təqdim edilir.

Vüqar Bayramovun paylaşdığı görüntülərdə Azərbaycan və Türkiyə bayraqlarının kosmik sərgidə yanaşı nümayiş etdirilməsi də əks olunub.



Sizin reklam burada
Sizin reklam burada