Qubada kişi qazdan zəhərlənərək ölüb.
News365.az xəbər verir ki, hadisə şəhərin SUM-12 yaşayış massivində qeydə alınıb.
Şəhər sakini olan 60 yaşlı Allahverdiyev İmran Ziyəddin oğlu yaşadığı evin həyətindəki hamamda çimərkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Quba rayon prokurorluğu tərəfindən araşdırma aparılır.