Türkiyədə şagirdlər arasında dava - yaralananlar var

Türkiyədə şagirdlər arasında dava - yaralananlar var
13:19

İstanbulun Başakşehir rayonunda yerləşən Kayaşehir Şeyx Şamil İmam Xətib Orta Məktəbində şagirdlər arasında baş verən mübahisə bıçaqlı hücuma çevrilib. Hadisə nəticəsində 8 şagird bıçaq xəsarəti alıb.


News365.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, yaralanan şagirdlərin səhhəti ilə bağlı açıqlama verən Səhiyyə naziri Kamal Memişoğlu bildirib ki, yaralılardan birinin vəziyyəti ağırdır, ikisinin vəziyyəti isə orta-ağırdır.

Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib. Yaralı şagirdlər təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.



Sizin reklam burada
Sizin reklam burada