Sumqayıtda tikilidə yanğın başlayıb

Sumqayıtda tikilidə yanğın başlayıb
15:50

Sumqayıt şəhəri, Şəfəq qəsəbəsi ərazisində yerləşən tikilidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Ölkə.az-a verilən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsi və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

    Əlavə məlumat veriləcək.


    Sizin reklam burada
    Sizin reklam burada