Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistin Ermənistan ərazisinə keçən Azərbaycan hərbçisinin taleyi ilə bağlı sualını cavablandırmayıb.
News365.az xəbər verir ki, jurnalist Paşinyandan hərbçinin Azərbaycana təhvil verilib-verilməyəcəyi barədə qərarın olub-olmadığını soruşub.
Paşinyan isə sualın oktyabrın 8-də keçiriləcək brifinqdə verilməsini təklif edib.
Qeyd edək ki, söhbət Laçın istiqamətində itkin düşən və sonradan Ermənistan ərazisində olduğu məlum olan Azərbaycan hərbçisindən gedir. Jurnalistin sualı onun geri qaytarılması ilə bağlı olub.