İranda bu ilin yanvar ayından etibarən, son 9 ayda azı 70 siyasi məhbus edam edilib, daha 194 nəfər ölüm cəzasına məhkum olunub.
News365.az -a xəbər verir ki, bu barədə İranın insan hüquqları müdafiə təşkilatları bildirib.
Hüquq-müdafiə təşkilatlarının və ictimai fəalların məlumatına görə, reallıqda bu edam edilən və bu hökmə məhkum olunmuşların sayı daha çoxdur. Bu, qeydə alınmışların statistikasıdır.
Xatırladaq ki, hökm bu ilin yanvarında İranda keçirilmiş etiraz aksiyalarına qatılanlar, 2025-ci ildə 12 və 2026-cı ildə 40 günlük müharibə ilə bağlı həbs olunanlar barəsində çıxarılıb.\\\ Report