Nazir polkovniki işdən çıxararaq təqaüdə göndərdi - FOTO

Nazir polkovniki işdən çıxararaq təqaüdə göndərdi - FOTO
15:31

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.

News365.az-ın  məlumatına görə, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN Aviasiya Dəstəsinin rəisinin birinci müavini, polkovnik Rahim Cəfərov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib. 

Qeyd edək ki, Rahim Cəfərov uzun illər aviasiya sahəsində xidmət göstərmiş peşəkar və təcrübəli mütəxəssislərdən biri olub.

Xatırladaq ki, FHN Aviasiya Dəstəsinin rəisi vəzifəsinə general-mayor Fərhad Səmədov bir neçə ay əvvəl təyin edilib.


Sizin reklam burada
Sizin reklam burada