Sinir hüceyrələrinin fəaliyyətini idarə edən kəşfə Nobel mükafatı

Sinir hüceyrələrinin fəaliyyətini idarə edən kəşfə Nobel mükafatı
14:27

Fiziologiya və tibb üzrə Nobel mükafatı 1901-ci ildən etibarən elm dünyasının ən nüfuzlu mükafatlarından biri kimi təqdim olunur. İlk Nobel mükafatına 1901-ci ildə “difteriyanın müalicəsində zərdab terapiyasının tətbiqinə görə” alman bakterioloq Emil fon Berinq layiq görülüb.

2026-cı ilin fiziologiya və tibb üzrə Nobel mükafatının laureatlarının adları da açıqlanıb.

Təhsil eksperti Etibar Əliyev sosial şəbəkə hesabında bu barədə paylaşım edib.

O bildirib ki, Karolinska İnstitutunun Nobel Assambleyasının qərarı ilə 2026-cı il üçün fiziologiya və tibb üzrə Nobel mükafatına ABŞ-nin Stanford Universiteti və Hovard Hyuz Tibb İnstitutunun professoru Karl Deisseroth, Almaniyanın Humboldt Universitetinin professoru Peter Hegemann və Vürsburq Universitetinin professoru Georg Nagel layiq görülüblər.

Onlar canlı beyində ayrı-ayrı sinir hüceyrələrinin fəaliyyətini aktivləşdirməyə və ya söndürməyə imkan verən optogenetikanın inkişafına yol açan kəşflərinə görə mükafatlandırılıblar.

Təhsil eksperti qeyd edib ki, fiziologiya və tibb üzrə Nobel Komitəsinin sədri Per Svenningsson bu kəşfin əhəmiyyətini vurğulayaraq optogenetikanın beynin əvvəllər yalnız təsəvvür edilə bilən şəkildə xəritələndirilməsinə imkan yaratdığını bildirib.

Etibar Əliyevin sözlərinə görə, məlumat Oruc Mustafayevin sosial şəbəkə səhifəsindəki paylaşımından götürülüb.


Sizin reklam burada
Sizin reklam burada