Vəzifə verilən Leyla Sarabin kimdir? - DOSYE

Vəzifə verilən Leyla Sarabin kimdir? - DOSYE
11:11

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-də yeni təyinat həyata keçirilib.

News365.az xəbər verir ki, jurnalist Leyla Sarabin şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Onun yeni vəzifəyə təyinatını özü də təsdiqləyib.

Leyla Sarabin bundan əvvəl Azərbaycan İnvestisiya Holdinqinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. O, bu vəzifəyə 2026-cı ilin yanvarında təyin edilmişdi.

Sarabin daha əvvəl Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edib. Bu vəzifədə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə bağlı media və ictimaiyyətlə kommunikasiyanın təşkilində iştirak edib.

O, daha əvvəl Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində də çalışıb. Jurnalistika fəaliyyətinin müxtəlif mərhələlərində isə AzTV, Mədəniyyət TV, Publika.az və digər media qurumlarında fəaliyyət göstərib.

Qeyd edək ki, Leyla Sarabinin “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-yə təyinatından sonra Azərbaycan İnvestisiya Holdinqində İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbərliyinə yeni təyinat olub. Bu vəzifəyə Liya Bayramova gətirilib.


Sizin reklam burada
Sizin reklam burada