Hidayət Heydərov dünya çempionatında qələbə qazandı

Hidayət Heydərov dünya çempionatında qələbə qazandı
13:08

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

News365.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan H.Heydərov 1/16 finalda Finlandiya təmsilçisi Valtteri Olinlə qarşılaşıb.

Rəqibinə qalib gələn cüdoçumuz adını 1/8 finala yazdırıb. O, bu mərhələdə italiyalı idmançı Covanni Esposito ilə üz-üzə gələcək.


Sizin reklam burada
Sizin reklam burada