Orta məktəblərdən birində dərs zamanı şagirdin TikTok platformasında canlı yayım açdığı anlar kameraya düşüb.
News365.az xəbər verir ki, hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Videoda dərs prosesi zamanı şagirdin mobil telefondan istifadə edərək TikTok-da canlı yayım açdığı görünür. Görüntülər zamanı sinifdə şagirdlər arasında kobud ifadələrin və söyüşlərin də səsləndiyi eşidilir.
Hadisə məktəblərdə dərs zamanı mobil telefonlardan istifadəyə nəzarət, eləcə də şagirdlərin davranış qaydalarına əməl etməsi məsələsini yenidən gündəmə gətirib.
Hadisənin hansı məktəbdə baş verdiyi və bununla bağlı məktəb rəhbərliyi tərəfindən hər hansı tədbirin görülüb-görülmədiyi məlum deyil.
Qeyd edək ki, görüntülər sosial şəbəkələrdə yayılıb.
News365.az