Ofeliya Sənaninin səhhəti ilə bağlı TƏBİB-dən AÇIQLAMA + ÖZƏL

Ofeliya Sənaninin səhhəti ilə bağlı TƏBİB-dən AÇIQLAMA + ÖZƏL
11:50

Xalq artisti, aparıcı Ofeliya Sənaninin xəstəxanaya yerləşdirilməsi ilə bağlı yeni məlumat açıqlanıb.

News365.az xəbər verir ki, TƏBİB-dən saytımıza verilən məlumata görə, 5 oktyabr 2026-cı il tarixində saat 18:15 radələrində 1941-ci il təvəllüdlü qadın Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müayinədən sonra pasiyentə bud sümüyünün sınığı diaqnozu təyin edilib və ona zəruri tibbi xidmətlər göstərilib.

TƏBİB-dən News365.az-a bildirilib ki, pasiyent ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında həmin gün saat 21:00 radələrində digər tibb müəssisəsinə təxliyə olunub.

Qeyd edək ki, daha əvvəl Ofeliya Sənaninin evində yıxıldığı və ayağının zədələndiyi barədə məlumat yayılmışdı. Onun daha əvvəl infarkt keçirdiyini və ağciyər ödemi diaqnozu qoyulduğunu açıqladığı da bildirilmişdi.

***

Xalq artisti, aparıcı Ofeliya Sənani ötən gün xəstəxanalıq olub.

News365.az Axsam.az-a istinadən xəbər verir ki, aparıcı evində yıxılıb. Hadisə ilə bağlı təcili tibbi yardım çağırılıb. Yıxılma nəticəsində O. Sənaninin ayağı zədələnib. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, Ofeliya Sənani daha əvvəl infarkt keçirdiyini açıqlamışdı. Ona həmçinin ağciyər ödemi diaqnozu qoyulmuşdu.


Sizin reklam burada
Sizin reklam burada