Təcili Tibbi yardıma TƏBİB sədri təyin edildi

Təcili Tibbi yardıma TƏBİB sədri təyin edildi
13:11
Oqtay İsmət oğlu Gözəlov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru təyin edilib.

Bu barədə News365.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd edək ki, O.Gözəlov peşəkar fəaliyyətinə həkim-psixiatr kimi başlayıb, daha sonra hərbi həkim kimi xidmət edib. Beynəlxalq Qızıl Xaç Komitəsi, “Sərhədsiz Həkimlər” və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində, həmçinin KfW İnkişaf Bankının maliyyələşdirdiyi layihələrdə ekspert və rəhbər vəzifələrdə çalışıb.

2008-ci ildən Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) müxtəlif rəhbər və ekspert vəzifələrində fəaliyyət göstərib. ÜST-nin İsveçrənin Cenevrə şəhərindəki Baş Qərargahında, Avropa, Yaxın Şərq və Qərbi Sakit Okean regionlarında, o cümlədən Danimarka və Özbəkistanda çalışıb. Son illərdə ÜST-nin Ukrayna Ölkə Ofisində komanda rəhbəri vəzifəsində fəaliyyət göstərib.
Oqtay Gözəlov səhiyyə sistemlərinin idarə olunması və gücləndirilməsi, tibbi xidmətlərin təşkili, ictimai səhiyyə proqramlarının idarə olunması, strateji planlaşdırma, fövqəladə vəziyyətlərdə səhiyyənin təşkili və beynəlxalq əməkdaşlıq sahələrində təcrübəyə malikdir.


Sizin reklam burada
Sizin reklam burada