İyulun 14-də
gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə,
Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi, rütubətin bir qədər yüksək
olacağı və günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da
meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Xroniki
xəstəlikləri və zəifləmiş immunitet sistemi olan insanlar da risk altındadır.
Məsələ ilə
bağlı News365.az -a danışan həkim Rasif Bağırov belə
günlərdə bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab
edir:
“Belə günlərdə
müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur
və belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir
sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava
hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola
bilər. Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət
çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.
News365.az