Sabiq deputat (Milli Məclisin VI çağırışı üzrə - red) Jalə Əhmədova ali məktəbə qəbul olunub.
News365.az xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında paylaşım edib.
Sabiq deputat Bakı Dövlət Universitetinin Psixologiya ixtisasında əlavə təhsil alacaq.
Qeyd edək ki, J.Əhmədova ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Hüquq fakültəsini bakalavr, BDU-nun Beynəlxalq hüquq fakültəsini isə magistr dərəcəsi ilə bitirib. Daha sonra o, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə ilə başa vurub