Azərbaycan və Özbəkistan media nümayəndələri arasında Daşkənddə maraqlı dialoq yaşanıb.
Azərbaycanlı jurnalistin Özbəkistanlı həmkarına “Azərbaycan adına nə demək istərdiniz?” sualına cavabında “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” – deyə Özbəkistanlı jurnalist vurğulayıb.
O bildirib ki, Azərbaycan və Özbəkistan xalqları arasında əlaqələr yalnız dövlətlərarası münasibətlərlə məhdudlaşmır, ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərə əsaslanır.