Təhsil eksperti Etibar Əliyev “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu sərt tənqid edib.
News365.az xəbər verir ki, Etibar Əliyev sosial şəbəkə hesabında paylaşdığı fikirlərində Qurban Qurbanovun məşqçilik fəaliyyətini tənqid edərək onun istefa verməli olduğunu bildirib.
“Qurban Qurbanovun başını buraxın: ondan məşqçi olmaz. O, böyük əmlaklar sahibi, gözə soxulan maşın nömrələri almaq və böyük məbləğdə əməkhaqqı ilə özünü və nəslini tam təmin etməklə rahatlıq içində yaşayır”, – deyə ekspert qeyd edib.
O, bugünkü oyundan sonra futbol azarkeşi kimi məyus olduğunu vurğulayıb:
“Futbol azarkeşi kimi bu günkü oyundan utandım. Bu utanverici məğlubiyyətdən sonra Qurban istefa verməlidir. Mənim və on minlərlə azarkeşin həyəcanını kim tarazlaşdıracaq?”
Etibar Əliyev paylaşımının sonunda Qurban Qurbanovla bağlı daha bir sərt ifadə işlədib:
“Qurban yaxşı aktyor ola bilərdi. Heyif ki, sənətini səhv salıb”.