Deputat: Sənədsiz evlərə çıxarış verilməsi üçün konsepsiya hazırlanıb

Deputat: Sənədsiz evlərə çıxarış verilməsi üçün konsepsiya hazırlanıb
22:00

Sənədsiz evlərə çıxarış verilməsi üçün konsepsiya hazırlanıb.

News365.az xəbər verir ki, bunu iqtisadçı, deputat Vüqar Bayramov “Dost TV”-də deyib.

Deputat bildirib ki, ilkin mərhələdə 2001-ci ilədək tikilən evlərin çıxarışla təmin olunması nəzərdə tutulub:

“Bu, təxminən 100 min mənzili əhatə edəcək. Rusiya təcrübəsinə nəzər yetirdikdə görürük ki, bu proses mərhələli şəkildə həyata keçirilir. Onlara çıxarışın verilməsi mülkiyyət hüququnun tanınması deməkdir. Konsepsiyanı hökumətə təqdim etmişik. Ümid edirik ki, qısa zamanda icrasına başlanacaq”.



Sizin reklam burada
Sizin reklam burada