Miqrantların qayığı batdı, ölənlər var

Miqrantların qayığı batdı, ölənlər var
21:00

Ötən həftə Tunis sahillərində miqrantları daşıyan qayığın aşması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

News365.az xəbər verir ki, Tunis hakimiyyəti itkin düşmüş hesab edilən sonuncu miqrantların meyitlərini aşkar edib.

Tunis İnsan Hüquqları Müşahidə Mərkəzinin məlumatına görə, qayıqda əsasən gənclər, o cümlədən bir ailənin 7 üzvü, həmçinin bir kişi və onun hamilə həyat yoldaşı olub.

Daha əvvəl sahil mühafizəsi 11 tunisli miqrantın meyitinin tapıldığı barədə məlumat yayıb. Bir nəfər xilas edilib.

Tunis Milli Qvardiyasından bildirilib ki, axtarış-xilasetmə əməliyyatı başa çatıb və ölənlərin meyitləri ailələrinə təhvil verilib.


Sizin reklam burada
Sizin reklam burada