Hindistanda pələng 25 yaşlı kişiyə hücum edərək onu parçalayaraq öldürüb.
News365.az xəbər verir ki, hadisə qoruqda baş verib.
Məlumata görə, Dharam Das Qritlahre bambuk və digər bitkilər toplamaq məqsədilə meşəyə gedib. Bu zaman kolluqdan qəfil çıxan dişi pələng ona hücum edib.
Yırtıcı kişinin ölümünə səbəb olub.