Tanınmış aparıcı tələbə oldu

Tanınmış aparıcı tələbə oldu
21:40

Tanınmış aparıcı Elnarə Təhməzova bu il həyatında yeni və maraqlı bir səhifə açıb.

News365.az xəbər verir ki, o, Bakı Dövlət Universitetinin (BDU) Psixologiya fakültəsinə qəbul olunaraq yenidən tələbə adını qazanıb.

Televiziya rejissorluğu üzrə həm bakalavr, həm də magistr təhsili olan E.Təhməzova psixologiyaya xüsusi maraq göstərdiyini və bu sahədə təhsil almağın ən böyük arzularından biri olduğunu bildirib.

O, nəhayət, həmin arzusunu reallaşdırmaq qərarına gəlib.

Yeri gəlmişkən, Elnarə xanımın oğlu Mikayıl bu il birinci sinfə qədəm qoyacaq.


Sizin reklam burada
Sizin reklam burada