Mingəçevir su anbarı ərazisində itkin düşən balıqçının meyiti aşkar olunub.
News365.az xəbər verir ki, ölən şəxs Yevlax rayonunun Xanabad kənd sakini, 1961-ci il təvəllüdlü Xaləddin Kərimovdur.
Məlumata görə, balıqçı itkin düşdüyü ərazidə ölü vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Meyitin sudan çıxarılması və hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.