"İran müharibə axtarmır" - Pezeşkian

"İran müharibə axtarmır" - Pezeşkian
12:30

İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin İrana qarşı hücumlarının beynəlxalq hüququn bütün prinsiplərinə zidd olduğunu bildirib. 

News365.az xarici mediaya istinadən xəbər verir ki, o, İranın müharibə və qarşıdurmanın genişlənməsini istəmədiyini, problemlərin müharibə və təhdid yolu ilə deyil, dialoq və diplomatiya vasitəsilə həll edilməli olduğunu vurğulayıb.

İran Prezidentinin İnformasiya Mərkəzinin məlumatına görə, Pezeşkian Tehranda Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə görüşüb.

Görüş zamanı Pezeşkian ABŞ-nin İrana qarşı hücumlarının beynəlxalq hüququn bütün prinsiplərinə zidd olduğunu qeyd edərək deyib: “İran müharibə axtarmayıb, axtarmır və axtarmayacaq. Lakin zorakılığa da boyun əyməyəcək. Qarşı tərəflər İran xalqının bütün hüquqlarını hər sahədə və beynəlxalq hüquq çərçivəsində tanımalıdır. İran İslam Respublikası qanuni hüquqlarından artığını tələb etmir”.

Pezeşkian ABŞ və İsrailin bölgədə sabitlik istəmədiyini vurğulayıb. O, müharibənin İranla Qətər arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsini və iki ölkə arasında əlaqələrin inkişafını ləngitdiyini bildirib.

İran Prezidenti ölkəsinin müharibə və qarşıdurmanın genişlənməsini istəmədiyini deyib. Onun sözlərinə görə, müharibə İrana zorla qəbul etdirilib və onun davam etməsi İran, region və bütün dünya üçün zərərlidir.


Sizin reklam burada
Sizin reklam burada