Məkkədə güclü fırtına - Zəvvarlar çətin anlar yaşadılar

Məkkədə güclü fırtına - Zəvvarlar çətin anlar yaşadılar
16:10

Səudiyyə Ərəbistanının Məkkə şəhərində güclü yağış və fırtına ümrə ziyarətinə gələn müsəlmanlara çətin anlar yaşadıb.

News365.az xarici mediaya istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti qısamüddətli təşvişə səbəb olub.

Xüsusilə Nur dağı ətrafında qəfil güclənən fırtına və güclü külək səbəbindən bəzi zəvvarlar hərəkət etməkdə və ayaq üstə dayanmaqda çətinlik çəkiblər. Bölgədə ibadət və ziyarət məqsədilə olan müsəlmanlar hava şəraitinin kəskin pisləşməsi ilə bağlı ehtiyatlı olmağa məcbur qalıblar.


Sizin reklam burada
Sizin reklam burada