Göyçay rayonunda üç minik avtomobilinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Yol qəzası rayon mərkəzində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan üç minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdə olan 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

