Goranboy rayonunda 64 yaşlı qadını it dişləyib.
Hadisə Safıkürd kəndində baş verib.
Kənd sakini, 1961-ci il təvəllüdlü Müşgünaz Qəribova it dişləməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb. Qadına ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Qeyd edək ki, bu son 20 gün ərzində Goranboy rayonunda ikinci belə hadisədir.
Xatırladaq ki, rayonun Baxcakürd kəndində də 1961-ci il təvəllüdlü A.Kərimovanı həyətində saxladığı it parçalamışdı.