Çindən yeni dəmir yolu: Azərbaycanın tranzit potensialı daha da artır

Çindən yeni dəmir yolu: Azərbaycanın tranzit potensialı daha da artır
11:48

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi aktiv fazaya daxil olub.

Qırğızıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyi layihə ilə bağlı əsas beynəlxalq və investisiya sazişlərinin bağlandığını, baş podratçının müəyyən edildiyini və maliyyələşdirmə məsələlərinin həll olunduğunu bildirib.

Hazırda layihə çərçivəsində tunellərin, körpülərin və digər infrastruktur obyektlərinin tikintisi sürətlə davam etdirilir. Ümumi uzunluğu təxminən 480 kilometr olan magistralın 304 kilometrdən çoxu Qırğızıstan ərazisindən keçəcək.

Yeni dəmir yolu Çindən Mərkəzi Asiyaya, Türkiyəyə, Yaxın Şərq ölkələrinə və Avropaya yük axınını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.

Ekspertlərin fikrincə, bu layihə Xəzər dənizi və Azərbaycan üzərindən keçən Orta Dəhlizi daha da gücləndirəcək və Azərbaycanın Çin ilə Avropa arasındakı yükdaşımalarda tranzit əhəmiyyətini növbəti mərhələyə yüksəldəcək.


Sizin reklam burada
Sizin reklam burada