Çin Prezidenti Si Cinpin 30 avqust - 3 sentyabr tarixlərində Bişkekdə keçiriləcək 2026-cı il Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısında iştirak edəcək.
News365.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamaya əsasən, Çin prezidenti həmçinin Qırğızıstan Prezidenti Sadir Japarov və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Qırğızıstan və Misirə dövlət səfərləri edəcək.
Səfərin təfərrüatları açıqlanmayıb.