Bolqarıstanda Varna yaxınlığındakı Kabakum çimərliyində naməlum dron tapılıb.
News365.az "Novinite" xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, pilotsuz təyyarədə partlayıcı maddə olmayıb. Xüsusi Hərbi Dəniz Qüvvələri qrupu təxminən 2 metr uzunluğunda və təxminən 1,5 metr enində olan cihazı yoxlayıb. Sərhəd polisi və Hərbi Dəniz Qüvvələri ehtiyat tədbiri olaraq ərazini mühasirəyə alıb.
Hazırda pilotsuz təyyarənin mənşəyi, modeli və ya zərbəsinin səbəbləri barədə rəsmi məlumat yoxdur.